Tanzaniyada qızıl mədəni çöküb, 20-dən çox mədənçi ölüb
13
yan
2024
22:22
Tanzaniyanın şimalında qızıl mədəninin çökməsi nəticəsində azı 21 mədənçi həlak olub.
“Report”un “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli hökumətin nümayəndəsi Yahaya Navanda bildirib.
Onun sözlərinə görə, şaxta güclü yağış nəticəsində dağılıb: “Ölənlərlə yanaşı itkin düşənlər də var. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir”.
Qəza zamanı mədəndə olan şaxtaçıların dəqiq sayı məlum deyil.
Oxşar xəbərlər
Türkiyədə mədəndə çökmə olub, ölən və yaralananlar var - YENİLƏNİB
Zonguldak Armutçuk Mədən Müəssisəsində çökmə baş verib. Dağıntılar altında qalan 1 işçi həyatını itirib, 6 yaralı isə xilas edilib. BAKU.WS xəbər verir ki, bu b...