Polat cütlüyü həbsdə ola-ola gözəllik mərkəzi açdırdı - VİDEO

Polat cütlüyü həbsdə ola-ola gözəllik mərkəzi açdırdı - VİDEO
Video
Siyasət 593

Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunan fenomen Dilan Polat və əri Engin Polat noyabrın 5-dən həbsdədir.

BAKU.WS xəbər verir ki, Polat cütlüyü həbsdə olarkən gözəllik mərkəzlərini idarə etmək üçün qəyyum təyin edilib.

Bu günlərdə həmin gözəllik mərkəzlərindən birinin İstanbulun Kağıthanə rayonunda yeni filialının açılışı olub.

Polat cütlüyü həbsdə ola-ola gözəllik mərkəzi açdırdı - VİDEO

Açılış zamanı filial sahibi Berkecan Aslan "Kanal D"yə bildirib ki, bunu dəstək kimi düşünmək lazım deyil: "Biz sərmayəçiyik. Bu markaya sərmayələrimizi qiymətləndirmək istədik. Bu, emosional bir bağ deyil, ticarət bağıdır.

Müəyyən narahatlıqlar var, buna qorxu deməyək. Amma o narahatlığı yox edən bir kütlə olduğu üçün açılış etdik".

Polat cütlüyü həbsdə ola-ola gözəllik mərkəzi açdırdı - VİDEO

Qeyd edək ki, açılışda Engin Polatın anası olan Şükran Polat da olub. Hamının üzü gülərkən, yalnız o kədərli görünüb.

Son xəbərlər