SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkəmiz 2023-cü ilə ötən gecə, saat 00:00-da qədəm qoydu. Lakin həmin ana qədər artıq bir sıra ölkələr yeni ili qarşılamışdı.

BAKU.WS xarici mətbuata istinadən, əjdaha ilini ilk qarşılayan ölkələri təqdim edir:

Sakit okeandakı Kiribati, Samoa adaları və Yeni Zelandiya yeni ili ilk qarşılayan ölkələr sırasında olub.

Yeni Zelandiya 2024-cü ili Oklend Liman Körpüsündə işıq şousu və Oklend Səma Qülləsində atəşfəşanlıqla qarşıladı.

Yeni ili ilk qarşılayan ölkələrdən biri olan Yeni Zelandiya Vellinqtondakı Vhairepo Lagoon üzərində möhtəşəm atəşfəşanlıq nümayişləri və musiqi konsertləri ilə 2024-cü ilə salam verib.

Avstraliya da Yeni ilə ilk girənlərdən oldu

Yerin cənub yarımkürəsində yerləşən Avstraliya da Yeni Zelandiyanın ardınca Yeni ili bizdən erkən qarşılayıb.

Sidneydəki Liman Körpüsü rəngli işıq şouları ilə işıqlandırılıb və atəşfəşanlıq dəqiqələrlə davam edib.

Geriyə saydıqdan sonra ortaya çıxan vizual ziyafət və səmada rəngarəng işıqlandırma izləyənləri heyran edib.

Yaponiya

Yaponiyanın paytaxtı Tokioda dünyanın ən izdihamlı piyada keçidi kimi tanınan Şibuyada toplaşan minlərlə insan 2024-cü ilə coşğu ilə girib.

Yaponiyanın paytaxtı Tokio bu il də rəngarəng Yeni il şənliklərinə ev sahibliyi edib. Tokionun turizm bölgəsi Şibuyada hər il olduğu kimi on minlərlə insan toplaşaraq 2024-cü ilə birlikdə "salam" deyib.

Yaponiyanın müxtəlif yerlərində təşkil edilən atəşfəşanlıq tamaşaçılara əyani ziyafət yaşadıb. Osakada yüzlərlə insan dəqiqələrlə davam edən atəşfəşanlığı izləyib.

Şimali Koreya rəsmi elan ilə 2024-cü ili “salamlayıb”.

BAKU.WS