2024-cü ilə girən İLK ÖLKƏ: Yeni il atəşfəşanlıqla qeyd olundu

2024-cü ilə girən İLK ÖLKƏ: Yeni il atəşfəşanlıqla qeyd olundu
Siyasət 6

Yeni il bütün dünyada coşqu ilə qarşılanır.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, saat qurşağı fərqinə görə 2024-cü ilə girən ilk ölkə Yeni Zelandiya oldu.

Yer kürəsinin cənub yarımkürəsində yerləşən və yayı yaşayan Yeni Zelandiyanın Oklend şəhərində toplaşan minlərlə insan 2024-cü ili "Sky Tower"də atəşfəşanlıq nümayişləri ilə böyük həvəslə qarşılayıb.

Sakit okeandakı Kiribati və Samoa adaları da yeni ili ilk qarşılayan ölkələr sırasındadır.

2024-cü ilə girəcək son ölkə Sakit okeanın başqa bir ada bölgəsi olan Amerika Samoası olacaq.

Amerika Samoası Qrinviç vaxtından 11 saat geri qalır ki, bu da onu yeni ili qarşılamaq üçün son yerlərdən birinə çevirir.

Son xəbərlər