SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir zamanlar yaxın dost olan Türk kinosunun iki məşhur siması Zeki Demirkubuz və Nuri Bilge Ceylan arasındakı gərginlik davam edir.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ötən axşam canlı yayımda Ceylana əsəsbiləşən Demirkubuz onu yutub kanalı açaraq hər şeyi danışacağı ilə təhdid edib:

"Susmalıdır! Bir kəlmə etsə hər gün davamlı olaraq danışaram. Biz heç vaxt deyildiyi kimi yaxın dost deyildik. Ac qalsam çörək pulu istəyəcəyim biri deyil. İllər əvvəl Antalya Film Festivalında ona səsləndim, cavab vermədi. Daha sonra zəng etdim açmadı.

Bir dəfə qarşılaşanda necə olduğunu soruşdum. Cavab vermədi. Ona sillə vurmaq istədim. Əgər danışarsa yutub kanalı açaram və sadəcə ondan danışaram".

Ceylan isə Demirkubuzun bu açıqlamasına gecikmədən cavab verib:

"Nə danışırsa danışsın cavab verməməyə çalışıram.Amma təəssüf ki bu artıq mümkün deyil. Yaxın zamanlareda bit yutub kanalı açarsa yaxşı olar".

Xatırladaq ki, Zeki Demirkubuz 2006-cı ildən Nuri Bilge Ceylanla danışmır. Onlar arasındakı küslülüyn səbəbi isə bilinmir. 

 


BAKU.WS