SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə ekranlara yeni çıxan "Kızıl Goncalar" serialındakı şiddət səhnələrinə qarşı etirazlar səngimək bilmir.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu dəfə ekran işinə T.C. Ailə və Sosial Xidmətlər Nazirliyindən qadağa gəlib.

Serialın Okmeydanı Darülacezedəki çəkilişlərinə verilən icazə ləğv edilib.

Xatırladaq ki, bu daha bir bölümü yayımlanan seriala qarşı qoyulan ilk qadağa deyil.

"Faniler" adlı dini təriqətin hekayəsindən bəhs edən ekran işindəki şiddət səhnələrinə əvvəl Türkiyə Radio və Televiziya İdarəsi etiraz edib. Daha sonra naməlum şəxslər serialın afişalarına boya ilə hücum edib.

Ötən gün isə "Mənəvi, Prinsipial, Ləyaqət Vəqfi"nin işçiləri narazılıqılarını bildirmək üçün serialın yayımlandığı televiziya binasının qarşısına yığışıblar.

 "Kızıl Goncalar" əsas rollarında aktrisa Özgü Namal və müğənni Özcan Deniz çəkiliblər.

BAKU.WS