Ancelina Colidən ETİRAZ: "İnsan hüquqları var, amma kimlər üçün?" - FOTO

Ancelina Colidən ETİRAZ: İnsan hüquqları var, amma kimlər üçün? - FOTO
Siyasət 0

Hollivud ulduzu Ancelina Coli dünyada insan hüquqlarında bərabərlik prinsiplərinin pozulmasından şikayətlənib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa bu barədə suriyalı jurnalist Waad Al-Kateabın rejissorluğ ilə çəkilən "We Dare to Dream" filmi üçün verdiyi müsahibəsində bildirib.

Təxminən 20 il əvvəl BMT-nin adı altında beynəlxalq səviyyədə fəaliyyətə başlayan və insan hüquqları ilə bağlı layihələr həyata keçirən Coli insanların hazırda bərabərhüquqlu olmadığını bildirib:

"İnsan hüquqları ilə bağlı bir fikirlər var idi. Bu, hüquqlar müəyyənləşdirilir, insanların haqq və hüquqları təmin olunurdu. Bunlar olmadıqda isə yəni bir insanın hüquqları təmin olnumadıqda bu böyük reaksiyaya səbəb olurdu. Həqiqətən bunun hər zaman belə olacağını düşünürdüm".

Daha sonra Coli zamanla şahidi olduğu hadisələrin dünyada ədalətsizliyi başa düşməsinə kömək etdiyini söyləyərək fikirlərinə belə davam edib:

"İnsan hüquqları var, amma kimlər üçün? Bəzən bunlar, bəzən də onlar üçün var. Ədalət və insan hüquqlarının hamı üçün eyni olmalıdır. Bəzi insanlardan cinayətlərinə görə cavab verilməsini istəyərkən, bəzilərinə toxunmurlar. Bu, dünyanın çirkin üzüdür və biz bunu hər gün daha çox görürük".

Son xəbərlər