SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktyor Bred Pittin 60 yaşı tamam olub. Hollivudun ən yaraşıqlı aktyorlarından olan Bred bu günə qədər "Benjamin Button", "World War Z", "Fight Club", "Ocean’s 11", "Truva, Mr. & Mrs. Smith" kimi reytinqli ekran işlərində rol alıb. Dünya mətbuatı zaman-zaman aktyorun karyerasındakı uğurlarından yazsa da, onun şəxsi həyatında işıqlandırılmayan bəzi faktlar mövcuddur.

BAKU.WS xarici KİV-ə istinadən 60 yaşı tamam olan Hollivud ulduzu haqqında heç kimə bəlli olmayan faktları təqdim edir:

1. Aktyorun 1997-ci ildə rol aldığı “Tibetdə yeddi il" filmindən sonra Çinə girişi qadağan edilib.

2. Bred Pitt “Missouri Universiteti”nin jurnalistika ixtisasını yarım qoyaraq Ali təhsil ocağını tərk edib.

 3. Aktyor orta məktəb illərində qolf, üzgüçülük ve tennis yarışlarında iştirak edib.

4. 1999-cu ildə nümayiş olunan “Matrix” filminde başrolun ona təklif ediləcəyi düşünülsə də, daha sonra həmin obraz məşhur aktyor Kianu Rivzə həvalə edilib. 

5. Keçmiş həyat yoldaşı Ancelina Colidən təsirləndiyi üçün pilot da olub.

6. Aktyor toyuq kostyumu belə geyinib. O ilk dəfə Hollivudda “El Pollo Loco” restoranında işləyib. Məkana müştəriləri cəlb etmək üçün toyuq kostyumu geyinərək rəqs edib.

 7. Bred ingilis əsilli olmasına baxmayaraq, onun alman, irland, şotland qarışığı olduğu bildirilir.

8. Los-Ancelesə ilk gəlişi zamanı cibində çox az pulu olub. Bred ilk dəfə bu şəhərə 1986-cı ildə gəlib və cibində cəmi 325 dollar pulu olub. O uzun müddət rok ifaçısı Melissa Etheridgin divanında yatıb. 

 9.Çox yaxşı olmasa da, biraz Yapon dilini bilir. 

 10. Aktyorun “Prosopagnosia” adlı üz tanınmama xəstəliyi var. O davamlı olaraq görmədiyi simanı yenidən xatırlaya bilmir. 

 11.Uşaqlarının onun yaxuda da keçmiş həyat yoldaşı Ancelina Colini "Google"da araşdırmaları qadağan edilib.

12. Aparılan araşdırmalardan sonra Bredin ABŞ-nin 44-cü prezidenti BaraK Obama ilə qohum olduğu müəyyən edilib. Onlar uzaqdan əmioğludurlar. 

BAKU.WS