Qızı ölü doğuldu, sevgilisini qəzada itirdi, lüks avtomobili və malikanəsi olmayan - KİANU RİVZİN HƏYATI - FOTO

Qızı ölü doğuldu, sevgilisini qəzada itirdi, lüks avtomobili və malikanəsi olmayan - KİANU RİVZİN HƏYATI - FOTO
Siyasət 3

"John Wick" və "Matrix" filmlərinin baş rol ifaçısı aktyor Kianu Rivz haqqında bilinməyən faktlar ortaya çıxıb.

BAKU.WS məşhur aktyorla bağlı sözügedən məlumatları təqdim edir.

Kanadalı aktyor və musiqiçi Kianu Rivz 1964-cü il sentyabrın 2-də Livanın paytaxtı Beyrutda doğulub. Onun anası ingilis, atası ilə amerikalı olub. Atasının nənəsi isə Çin əsilidir. Aktyorun atası ilə anası Beyrutda tanış olub, evləniblər. Kianunun 3 yaşı olanda atası onları tərk edir. O sonucu dəfə atasını 13 yaşı olanda görür. Uşaqlıq illərində 4 fərqli ölkədə məktəblərdə təhsil alan Kianu həm də "Disleksiya" (öyrənmə çətinliyi) xəstəliyi ilə mübarizə aparır. Sonda isə məktəbi tərk etmək məcburiyyətində qalır.

1966-cı ildə atası ilə anası boşandıqdan sonra Kianu anası ilə Avstraliyanın Sidney şəhərinə, oradan isə Nyu-Yorka köçür. 1970-ci ildə Kianunun anası burada rejissor Paul Aaronla evlənir.

1971-ci ildə isə cütlük Kianu ilə birlikdə Toronto şəhərinə köçür və orada boşanır. Buna baxmayaraq, ögey atası Aaron ona çox bağlı olur və öz oğlu kimi məsləhətlər verib daim dəstək olur. Ona Pensilvaniya ştatındakı "Hedgerow" teatrda işləməyi tövsiyyə edir. Aktyorluqla məşğul olmağa başlayan Kianu seriallara çəkilir.

Onun ilk ekran işi dəfə 1984-cü ildə Kanada televiziyalarında nümayiş olunan "Hangin In" serialı olur. Kianu 1986-cı ildə rol aldığı "Youngblood" filmi ilə isə debüt edir.

Daha sonra o "John Wick" və ilk "The Matrix" kimi sevilərək izlənilən və heyətinə milyonlarla dollar gəlir gətirən ekran işlərində baş rollarda çəkilir. İlk "The Matrix" filmindən sonra gələn gəlirin təxminən 80 milyon dollarını xeyriyyə fondlarına bağışlayır. Kianu filmdə çəkilən kaskadyorları da unutmur və onların hər birinə bahalı motosiklet hədiyyə edir.

Kianu Rivzin karyerası yolunda getsə də, o həyatında ağır travmalarla yadda qalan faciələrlə üzləşir. Aktyor 23 yaşında olarkən ən yaxın dostu Rayver Fayneks yüksək dozalı naroktikdən vəfat edir. O, 1998-ci ildə Cennifer Saym adlı qadına aşiq olur. 1999-cu ildə Kianudan hamilə olan Cenniferin qızı ölü doğulur. Kianu 2001-ci ildə Cennifer Saymı avtomobil qəzasında itirir.

Aktyor müshibələrindən birində "Sevgi sizin üçün nə ifadə edir?" sualına "Romantik münasibətlərdən söhbət gedirsə, tənha adamam. Həyatımda heç kim yoxdur, əgər o, peyda olsa, onu sevib hörmət edəcəyəm. Ümid edirəm ki, bu, həyatımda baş verəcək" - sözlərini söyləyib.

Kianu Rivz heç vaxt evli olmayıb. Ağır uşaqlıq keçirən aktyorun o vaxtdan bəri ciddi münasibətləri olmayıb. O heç bir mühafizəçisi, lüks avtomobili və malikanəsi olmayan aktyordur. 100 milyon dolar sərvəti var, amma qatardan, avtobusdan istifadə edərək sadə insanlar kimi yaşayır. Kianu gəlirini bir çox xeyriyyə cəmiyyətlərinə və xəstə uşaqların müalicəsinə xərcləyir.

Aktyor müsahibələrindən birində faciə və travmalarala keçən həyatı barədə bunları deyir: "Zənn edirəm ki, hamımız eyni düşünürük, məncə faciənin içində də bir ulduz doğula bilər. Həyatınızda hansı çətinliyin baş verdiyinin mənası yoxdur. Siz hər şeyin öhdəsindən gələ bilərsiniz. Həyat yaşamağa dəyər".

Son xəbərlər