Tanınmış aktyordan ETİRAF: "Çəkiliş zamanı tərəf müqabilimin başını yardım" - FOTO
Hollivud aktyoru Kianu Rivz yeni açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, 58 yaşlı Kianu döyüş səhnələrindən birində tərəf müqabili olan aktyoru vuraraq onun başını yardığını etiraf edib.
Hadisə "John Wick:Chapter 4" filminin çəkiliş meydanında baş verib.
Aktyor dublyorunun da xəstəxanalıq olduğunu deyib. O, həmin şəxsin bir aksiyon səhnəsində avtomobillə qəza keçirdiyini lakin müalicələrdən sonra səhhətinin yaxşılaşdığını deyib:
"Çəkiliş vaxtı çox yoruluruq. Amma bu yorğunluq gözəldir. Sanki bir dağa çıxırsınız və artıq istirahət edirsiniz. Ya da özünüzü hər hansı bir oyunu qazanmış kimi hiss edirsiniz".
Kanadalı aktyor çəkiliş meydanında hər zaman təhlükəsizliyə nəzarət olunduğunu və heyətin daim bir-birini qorumağa çalışdığını da deyib.
Kianu sonuncu dəfə "John Wick:Chapter 4" filmi üçün ABŞ-də təşkil edilən SXSW Film Festivalında ona edilən evlilik təklifi ilə gündəmə gəlmişdi.
Oxşar xəbərlər
58 yaşlı Kianu Rivzə evlilik təklifi edildi
Məşhur aktyor Kianu Rivz ABŞ-də təşkil edilən SXSW Film Festivalına qatılıb. BAKU.WS xəbər verir ki, festival zamanı maraqlı anlar yaşanıb. Belə ki, 58 yaşlı Ri...