İsrail ordusu daha iki hərbçisini itirdi
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında döyüşlərdə daha iki əsgərinin öldüyünü təsdiqləyib.
Bu barədə “Yedioth Ahronoth” nəşri məlumat yayıb.
Qəzza zolağının cənubundakı döyüşdə həlak olan "Givati" kəşfiyyat hissəsinin taqım komandiri 22 yaşlı kapitan Yarin Qahali və xüsusi təyinatlılar qrupunun komandiri, ehtiyatda olan 33 yaşlı kapitan Netanel Silberqin adları açıqlanıb.
İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan HƏMAS-a qarşı döyüşlərdə həlak olan israilli əsgərlərin sayı 129-a çatıb. Ordunun mətbuat xidmətinin məlumatına görə, İsrail hərbçiləri yeni eskalasiya başlayandan bəri 461 itki verib.
Oxşar xəbərlər
İsrail ordusu atəşkəsdən əvvəl Qəzzada HƏMAS-ın beş komandirini məhv edib
İsrail hərbçiləri Qəzza zolağında humanitar atəşkəs qüvvəyə minməzdən əvvəl gedən döyüşlər zamanı Fələstin anklavında hökmranlıq edən HƏMAS radikal təşkilatının...