İtaliya Qırmızı dənizdəki gəmiləri qorumaq üçün koalisiyaya qoşula bilər

İtaliya Qırmızı dənizdəki gəmiləri qorumaq üçün koalisiyaya qoşula bilər
Siyasət 1

İtaliya Qırmızı dənizdəki ticarət və digər gəmilərini Yəmənin husi qiyamçılarının hücumlarından qoruyacaq hərbi-dəniz koalisiyasına qoşula bilər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Romadan əməliyyat qüvvələrinə qoşulmaq istənilib və qərarın həftənin sonuna qədər qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, Qəzza zolağında HƏMAS-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücum edəcəklərini və İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

Son xəbərlər