Husilər İsraillə əlaqəsi olduğu iddia edilən gəmilərə hücum ediblər

18
dek
2023
18:55
Yəmən husiləri İsraillə əlaqəsi olduğu iddia edilən iki gəmiyə hücuma keçib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Yəhya Sariya bildirib.
Onun sözlərinə görə, husilər iki təyyarə ilə “Swan Atlantic” neft tankerinə və “Clara” konteyner gəmisinə hücum edib.
Qeyd edək ki, Qəzza zolağında HƏMAS-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücum edəcəklərini və İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.
Oxşar xəbərlər
İsrail ordusu atəşkəsdən əvvəl Qəzzada HƏMAS-ın beş komandirini məhv edib
İsrail hərbçiləri Qəzza zolağında humanitar atəşkəs qüvvəyə minməzdən əvvəl gedən döyüşlər zamanı Fələstin anklavında hökmranlıq edən HƏMAS radikal təşkilatının...
