Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
17
dek
2023
22:20
Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
Bu barədə "Yonhap" agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.
Hələlik raketin xarakteristikası və uçuş detalları barədə məlumat yoxdur.
Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Koreya rəsmiləri KXDR-in qitələrarası ballistik raket buraxmağa hazırlaşması barədə kəşfiyyat məlumatını açıqlayıb.//report.az
Oxşar xəbərlər
Şimali Koreya haqqında bilinməyən və maraqlı faktlar - FOTO
Rəsmi adı Koreya Xalq Demokratik Respublikası (KXDR) olan Şimali Koreya bir çox insanı maraqlandıran ölkədir. Şimali Koreya haqqında məlumatlar kifayət qədər mə...