SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Tokat-Sivas avtomobil yolunda mikroavtobus yük maşınına çırpılıb.

BAKU.WS bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Tokat-Sivas avtomobil yolunun Yatmış kəndi ilə Tokat istiqamətində hərəkət edən mikroavtobus eyni istiqamətdə hərəkət edən şəkər çuğunduru ilə yüklü yük maşına çırpılıb.

Məlumata görə, hadisə nəticəsində mikroavtobusda olan 5 nəfər ölüb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları, jandarma və polis qrupları cəlb edilib.

Tokat Bələdiyyəsinin xilasetmə qrupları tərəfindən mikroavtobusda sıxışdıqları yerdən xilas edilən 5 nəfərin yoxlamalar zamanı öldüyü müəyyən edilib.

BAKU.WS
QALEREYA