Ərdoğan: “BMT-də mütləq islahatlar aparılmalıdır”

09
dek
2023
21:40
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsinə veto qoymasına görə kəskin tənqid edib.
O, İstanbulda İnsan Haqları Gününə həsr olunmuş forumda çıxış edərək BMT-də islahatlara ehtiyac olduğunu açıqlayıb.
“Təəssüf ki, Təhlükəsizlik Şurasının bir daimi üzv - ABŞ-yə görə atəşkəs qətnaməsi rədd edildi. Biz deyirik ki, ədalətli sülh mümkündür, lakin ABŞ ilə bu, mümkün deyil”, - Türkiyə lideri bildirib.
“BMT-də mütləq islahatlar aparılmalıdır”, - o vurğulayıb.
Mənbə: Haber Global
Oxşar xəbərlər
İsraildə ölənlərin sayı 200-ə, Qəzzada isə 232-yə yüksəlib - YENİLƏNİB/FOTO/VİDEO
İsraildə ölənlərin sayı 200-ə, Qəzzada isə 232-yə yüksəlib. Bu barədə “Telegram” kanalları məlumat yayıb. ***21.57 “HƏMAS”ın İsrailə hücumu nəticəsində ölənləri...
