Rusiyanın bu bölgəsində 30-a yaxın insan itkin düşüb
07
dek
2023
14:51
Rusiyanın Xakasiya Respublikasında 30-a yaxın insan meşəlik ərazidə itkin düşüb.
BAKU.WS xəbər verir ki, hadisə Priiskovoe kəndi yaxınlığında qeydə alınıb.
Məlumata görə, bir neçə turist qrupu gəzintiyə çıxıb. Hava pisləşib, 28 nəfər meşə zolağından çıxa bilməyib və gecəni orada keçirmək qərarına gəliblər.
"Hazırda yerli sakinlər və istirahət edənlər arasından könüllülər tərəfindən xilasetmə əməliyyatı təşkil olunub", - deyə bildirilir.
Həmçinin, havanın aşağı temperaturu, güclü külək və qar fırtınası səbəbindən gecə saatlarında axtarışlara başlamaq mümkün olmayıb.
Oxşar xəbərlər
Türkiyənin bir neçə vilayətində meşələr yanır - VİDEO
Türkiyənin bir neçə vilayətində meşə yanğınları baş verib. “Haber Global”ın verdiyi məlumata görə, Mersinin Gülnar rayonunda meşə sahəsində yanğın başlayıb. Kav...