SİZİN REKLAM BURADA!
055 213 76 73


Sovet və rusiyalı animator, quruluşçu rejissor, “Prostokvaşinoda tətillər” (“Kanikulı v Prostokvaşino”), “Vinni Pux”, “Hav adlı pişik balası” (“Kotyonok po imeni Qav”) cizgi filmlərinin rəssamı Natalya Boqomolova Moskvada vəfat edib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, onun 83 yaşı olub.

Bildirilir ki, o, noyabr ayında yıxılaraq ombasını qırıb. Boqomolova xəstəxanaya yerləşdirilsə də, həkimlərin sözlərinə görə, orqanizmi buna tab gətirməyib və o, müalicələrə baxmayaraq vəfat edib.

Qeyd edək ki, Boqomolovanın filmoqrafiyasına 200-dən çox cizgi filmi, o cümlədən “Balaca siçanın mahnısı” (“Pesenka mışonka”), “Bobik Barbosu ziyarət edir” (“Bobik v qostyax u Barbosa”), “Milis Styopa əmi” (“Dyadya Styopa - milisioner”), “Sənə ulduz verirəm” (“Daryu tebe zvezdu”), “Meymunlar operada” (“Obezyanki v opere”), “Şaxta baba və Yay” (“Ded Moroz i Leto”), “Şən Karusel”in (“Vesyolıy karusel”) bir neçə epizodu və s. daxildir.

BAKU.WS
QALEREYA