SİZİN REKLAM BURADA!
055 213 76 73


Livanın "Hizbullah" hərbi təşkilatı silahlı Şəba bölgəsində yerləşən Zibdindəki İsrail hərbi bazasına raket zərbələri endirib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə qruplaşmanın teleqram kanalında bildirilib.

Hərbi obyektə ən azı 10 raket atıldığı bildirilir.

Eyni zamanda İsrailin Bayada, El-Assi və Teyhatdakı sərhəd postları da vurulub.

"Hizbullah"ın silahlı hücumlarına cavab olaraq İsrail artilleriyası Livan ərazisini atəşə tutub.

"Al Wataniya" agentliyinin məlumatına görə, Aita əş-Şaab, Zibkin, Meibib, Teir-Harfa və əl-Xiyam yaşayış məntəqələrinə zərbələr endirilib.

Bildirilib ki, yerli hakimiyyət orqanları dəymiş maddi ziyanla bağlı məlumatları dəqiqləşdirir, mülki əhali arasında itki yoxdur.

BAKU.WS