SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın ən yaşlı heyvanının 191 yaşı var.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, sözügedən heyvan tısbağa Conatandır.

Conatan tısbağalar arasında uzunömürlülük rekorduna sahibdir. O, Ginnesin Rekordlar Kitabına düşüb.

Conatanın növü Seyşel adaları tısbağası adlanır.

Məlumata görə, bu tısbağalar təxminən 150 il yaşayır, lakin 191 yaşlı Conatan rekord qırıb.

Conatanın 1832-ci ildə doğulduğu güman edilir, lakin ekspertlər onun bundan da yaşlı ola biləcəyini güman edirlər.

Baytar Co Hollins qeyd edir ki, qocalmasına baxmayaraq Conatan yaxşı formada qalıb.

Mütəxəssislər Conatanın hətta üçüncü əsrə qədər yaşaya biləcəyinə inanırlar.

BAKU.WS