Dünyanın ən uzun burunlu insanı vəfat etdi - FOTO

Dünyanın ən uzun burunlu insanı vəfat etdi - FOTO
Foto
Siyasət 469

Beynəlxalq Uzun Burun Çempionatında ardıcıl olaraq birinci olan və 8,8 sm uzunluğunda burnu ilə Ginnesin Rekordlar Kitabına düşən dünyanın ən uzun burunlu insanı Mehmet Özyürek vəfat edib.

Bu barədə BAKU.WS "Hürriyet"ə istinadən xəbər verir.

Məlumata görə, 74 yaşlı Özyürek Rizədə beyin damar transplantasiyası əməliyyatından əvvəl keçirdiyi infarktdan dünyasını dəyişib.

Qeyd edək ki, o, 2011-ci ildə burnu ilə Ginnesin Rekordlar Kitabına düşüb.

Son xəbərlər