Çili bibəri yemək üzrə dünya rekordu qırılıb

Kanadalı Mayk Cek rekord müddətdə 50 acı bibər yeməyi bacardığı üçün Ginnesin Rekordlar Kitabına düşüb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Maykla 50 Karolina Əzrayılı (Carolina Reaper) sortundan olan bibərləri yemək üçün 6 dəqiqə 49,2 saniyə lazım olub.
Bu tərəvəz Ginnesin Rekordlar Kitabına dünyanın ən acı bibəri kimi düşüb.
Bununla belə, o, qısa müddət ərzində daha 85 ədəd yeyərək davam edib.
"Məndə güclü sancılar başladı. Sanki kimsə bağırsaqlarını sıxaraq, onları çölə çıxarır. Ağıl "dayan" deyir, lakin sən özünü davam etmək lazım olduğuna inandırırsan", - deyə o, bildirib.
Kanadalı 6 dəqiqə 49,2 saniyə nəticə ilə yeni dünya rekordu müəyyənləşdirib. Onun bir dəfə yediyi bibərlərin ümumi sayı 135 ədəddir.
Cek bildirib ki, son 20 il ərzində o, ədviyyatlı qidalara qarşı dözümlülük formalaşdırıb, lakin hələ də diskomfort hiss edir.
Oxşar xəbərlər
Dünyanın ən uzun burunlu insanı vəfat etdi - FOTO
Beynəlxalq Uzun Burun Çempionatında ardıcıl olaraq birinci olan və 8,8 sm uzunluğunda burnu ilə Ginnesin Rekordlar Kitabına düşən dünyanın ən uzun burunlu insan...
