Britaniya PUA-larla mübarizə üçün Ukraynaya “Martlet” raketləri verib

04
dek
2023
21:44
Böyük Britaniya Ukraynaya pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsi üçün istifadə olunan çoxməqsədli “Martlet” raketləri verib.
“Report” xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Britaniya hakimiyyəti rəsmi olaraq “Martlet” raketlərinin tədarükünü elan etməyib, lakin onların Ukraynada istifadəsi ilə bağlı ilk qeydlər hələ 2022-ci ildə ortaya çıxıb.
Qeyd edək ki, "Martlet"in uzunluğu 1,3 m, çapı 76 mm, çəkisi isə 13 kq-dır. Raket döyüş başlığının kütləsi 3 kq, uçuş məsafəsi 8 km-dir. Ukraynaya ötürülən raketlərin dəqiq sayı açıqlanmayıb.
Oxşar xəbərlər
HƏMAS yeraltı tunellərdə saxladığı raketlərinin görüntülərini yaydı - VİDEO
Oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” əməliyyatına başlayan HƏMAS toqquşmaların davam etdiyi bir vaxtda diqqət çəkən görüntü yayıb. BAKU...
