HƏMAS yeraltı tunellərdə saxladığı raketlərinin görüntülərini yaydı - VİDEO

Oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” əməliyyatına başlayan HƏMAS toqquşmaların davam etdiyi bir vaxtda diqqət çəkən görüntü yayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, İsrailə göz dağı vermək istəyən HƏMAS yeraltı tunellərdə gizlədilən raketlərin videosunu dərc edib.
Belə ki, raketlərin videosunu HƏMAS-ın silahlı qanadı olan Qəssam Briqadaları paylaşıb.
Qəssam Briqadalarının inventarında qısa mənzilli raketlər arasında 10 kilometr mənzilli Qəssam raketləri, 16 kilometr mənzilli Quds 101 raketləri, 55 kilometr mənzilli Qrad raketləri və 55 kilometr mənzilli Sejil raketləri var.
Mənzili 75 kilometrə çatan M-75 raketləri, 100 kilometrlik Fəcr raketləri, 120 kilometr mənzilli R-160 raketləri və Qəssam briqadasının ən önəmli güc qaynağı sayılan 200 kilometr mənzilə sahib M-302 raketləri isə HƏMAS-ın uzunmənzilli raketləri olaraq diqqət cəlb edib.
Xüsusilə M-302 raketlərinin Qüds və Təl-Əvivi vurmaq gücündə olduğu bildirilib.

Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...