SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna prezidenti Volodimir Zelenski Qərbdən Rusiya ilə danışıqların lehinə səslər eşitdiyini etiraf edib. 

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna prezidenti "Associated Press"-ə müsahibəsində danışıb.

O, əks-hücumun uğursuzluğu fonunda Rusiya ilə danışıqlara başlamaq üçün Qərbin təzyiqi altında olub-olmaması ilə bağlı sualı cavablandırarkən, "Hər zaman bəzi səslər eşidilir",-deyə bildirib. 

Zelenski əlavə edib ki, rəsmi Kiyev Qərbin diqqətinin İsrail və HƏMAS arasındakı münaqişəyə dəyişdiyini hiss edir: "Biz artıq Yaxın Şərqdəki münaqişə səbəbindən dünya birliyinin dəyişməsinin nəticələrini görürük. Bunu yalnız göləri görməyən bunu inkar edər".

BAKU.WS