SİZİN REKLAM BURADA!
055 213 76 73


2023-cü ilin ən çox gəlir gətirən ekran işi “Barbi”də Rayan Qoslinqlə birgə çəkilən Marqot Robbi filmin davamı haqqında fikirlərini bildirib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, “Barbie 2”nin çəkilməsinə müsbət baxmadığını deyib.

Avstraliyalı ulduz, “Barbi"nin davamı düşünülmədən hazırlandığını bildirib:

"Hər şeyi buna qatdığımızı düşünürəm. Bunu üçləmə və ya buna bənzər bir şey etmək üçün hazırlamadıq. Bundan sonra nə olacağını təsəvvür edə bilmirəm", - deyə Marqot vurğulayıb.

Xatırladaq ki, Marqot Robbi 2023-cü ilin ən çox qazanan filmi olan "Barbi"dən təxminən 50 milyon dollar maaş və kassa bonusları qazanmışdı.

BAKU.WS