SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir zamanlar reytinqlərdə ilk sıralarda yer alan "Cennet Mahallesi" serialının ulduzu Melek Baykal iddialı layihəsi ilə qayıdır.

BAKU.WS xəbər verir ki, hər zaman unudulmaz rollara imza atan aktrisa bu dəfə "Yan Oda" adlı serialda çəkiləcək.

Melek ekran işində artıq çəki problemi yaşayan, sirli “Cevale” obrazını canlandıracaq.

Serialın senari müəllifi Barış Güngerdir. Ekran işinin rejissorluğunu Çağrı Vila Lostuvalı edəcək.

Serial "Star TV" ekranlarında yayımlanacaq.

Ekran işində hər şey Cevalenin aparıcı qızı Verdanın iş adamı Fikret Alabeylə evlilik qərarı alması ilə başlayacaq. Qızının bu evliliyinə görə çətin anlar yaşayan Cevalenin həyatı tamamilə dəyişəcək. 

BAKU.WS