SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ay Yapım" imzalı "Yargı" serialı ötən gün "Ən Yaxşı Telenovela" kateqoriyasında "Emmy" mükafatı alıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, gecədə iştirak edən serial ulduzları geyimləri ilə göz qamaşdırıblar.

Ekran işinin Ceylini aktrisa Pınar Deniz klassik qara rəngli və sinə dekolteli libası ilə müzakirələrə səbəb olub.

Serialdakı tərəf müqabili Kaan Urgancıoğlu ilə qırmızı xalıdan keçən Pınarın geyimi çox bəyənilib. 

Xatırladaq ki, mötəbər tədbir Nyu Yorkun "New York Hilton Midtown Otel"ində baş tutub. 

20 ölkədən 56 ekran işi 14 kateqoriyada "Emmy" uğrunda mübarizə aparıb. 

BAKU.WS