"Yargı"nın aktrisasının sosial şəbəkə qazancı TƏƏCCÜBLƏNDİRDİ - 15 saniyəlik reklamdan... - FOTO

Yargının aktrisasının sosial şəbəkə qazancı TƏƏCCÜBLƏNDİRDİ - 15 saniyəlik reklamdan... - FOTO
Foto
Siyasət 2

Türkiyənin reytinqli layihələrindən olan "Yargı" serialının aktrisası Pınar Denizin sosial şəbəkələrdən əldə etdiyi gəliri açıqlanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə 2,9 milyon izləyicisi olan aktrisa 15 saniyəlik reklamdan 150 000 lirə (təxminən 9 375 AZN) gəlir əldə edir.

Pınarın yüksək məbləğdə olan sosial media qazancı bəzi sosial platformalarda paylaşılaraq müzakirələrə səbəb olub.

Hazırda həmkarı Kaan Yıldırımla sevgili olan Pınar Deniz şəxsi həyatı ilə də gündəmdən düşmür. Bu səbəbdən də aktrisanın sosial şəbəkədə izləyici sayının dayanmadan artdığı iddia edilir.

Pınar "Yargı"da Ceylin obrazına həyat verir. Onun tərəf müqabili aktyor Kaan Urgancıoğludur.

Son xəbərlər