SİZİN REKLAM BURADA!
055 213 76 73


İndonezcə BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (UNESCO) Baş Konfransının rəsmi dili kimi qəbul edilib.

“Report” xəbər verir ki, bu barədə İndoneziya Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

“İndonezcə UNESCO-nun Baş Konfransının 10-cu rəsmi dili kimi qəbul edilib. Eyni zamanda, İndoneziya dili işgüzar dil kimi istifadə edilə bilər, Baş Konfransın sənədləri isə İndoneziya dilinə çevrilə bilər”, – məlumatda bildirilib.

“Bu tanınma bütün İndoneziya milləti üçün qürur mənbəyidir”, – ölkənin “Dertik” portalı İndoneziya Prezidenti Coko Vidododan sitat gətirib.

Qeyd edək ki, indonezcədən başqa, UNESCO-nun Baş Konfransının rəsmi dilləri arasında çincə, ərəbcə, fransızca, hindcə, ingiliscə, ispanca, italyanca, portuqalca və rusca var.

BAKU.WS