SİZİN REKLAM BURADA!
055 213 76 73


Livanın "Əl Mayadeen" telekanalının müxbiri və operatoru İsrailin Livanın cənubunda endirdiyi zərbə nəticəsində həlak olub.

BAKU.WS xəbər verir ki, bu barədə telekanalın direktoru Qassan bin Ciddo məlumat verib.

"Həmkarlarımız Fərəh Ömər və Rabi əl-Miamari İsrail tərəfinin zərbəsi nəticəsində həlak olublar”, - deyə o qeyd edib. 

“Al Wataniya” agentliyinin məlumatına görə, mətbuat işçilərindən başqa daha bir Livan vətəndaşı da həlak olub.

Zərbə Tair Harfa və Əl-Cibbeyn yaşayış məntəqələri arasındakı əraziyə endirilib.

BAKU.WS