SİZİN REKLAM BURADA!
055 213 76 73


“Ukraynanın Hava Hücumundan Müdafiə bölmələri hava hücumundan müdafiə sistemləri vasitəsilə gücləndirilir. Biz mümkün raket zərbələri nəticəsində itkiləri minimuma endirmək üçün digər yollar da axtarırıq”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi Yuri İqnat bildirib.

Onun sözlərinə görə, indi Rusiya ötənilki qədər raketlərə sahib deyil: “Amma onların dronlarının sayı əhəmiyyətli dərəcədə arta bilər”.

Y.İqnat deyib ki, Ukraynanın Hava Hücumundan Müdafiə bölmələri sovet dövrünə aid silahlarla da gücləndirilir: “Bu silahları müxtəlif ölkələrdəki tərəfdaşlarımızın yardımı ilə tapırıq. Hətta hibrid hava hücumundan müdafiə sistemi belə yaradırıq. Bununla 15 kilometr məsafədə kritik infrastruktur obyektini müdafiə etmək mümkündür”.

O söyləyib ki, “Gepard” zenit-raket kompleksləri dronlara qarşı yaxşı istifadə edilir:

“ABŞ bəyan edib ki, üçüncü dövlətlərdən belə sistemləri alacaq. Ümid edirik ki, ABŞ bunu tez bir zamanda həyata keçirəcək.

Bundan əlavə, düşmənin hücumu zamanı mobil atəş qruplarından tez-tez istifadə edirik. Onların sayı artırılır və bu qruplar əlavə sistemlərlə təchiz olunurlar. Bu da düşmənin PUA-larını effektiv şəkildə məhv etməyə yardım göstərir.

Bu məqamda qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələri də fasiləsiz olaraq hazırlıq keçir. Odur ki, onlar da düşmənin hücumlarını dəf etməyə hazırdırlar.

Şübhəsiz, Ukrayna üzərində “hava qalxanı”nı F-16 qırıcıları daxil olmaqla, aviasiya kompleksləri vasitəsilə də gücləndirmək istəyirik. Məlum olduğu kimi, bizim pilotlarımız bununla bağlı təlimlər keçirlər”.

BAKU.WS