Ukrayna HHQ-nin sözçüsü: “Kiyev “İsgəndər-M” raketləri ilə atəşə tutulub - FOTO
“Rusiya bu gün səhər saatlarında paytaxt Kiyevi yenidən raket atəşinə tutub. İlkin məlumata görə, şəhərə “İsgəndər-M” tipli ballistik raketlər atılıb”.
BAKU.WS xəbər verir ki, bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) sözçüsü Yuri İqnat bildirib.
Onun sözlərinə görə, həmin raketlər “Patriot” hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib: “Yerli hərbi administrasiyanın ilkin məlumatına görə, infrastruktura ciddi zərər dəyməyib və insanlar arasında da itki yoxdur. Bir sözlə, işğalçıların növbəti hücumu dəf edilib”.
Y.İqnat əlavə edib ki, Rusiya noyabrın 11-nə keçən gecə Ukrayna ərazisinə üç istiqamətdə 31 “Shahed” pilotsuz uçuş aparatından (PUA) istifadə edərək hücum həyata keçirib: “Bu PUA-ların 12-i Ukraynanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. Rusiya əsasən sərhəd bölgəsinə hücumlar həyata keçirib. Bundan başqa, Rusiya Ukrayna ərazisinə 3 raketlə zərbə endirib: X-31, P-800 “Oniks” və S-300”.
Qalereya
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...