Azərbaycanəsilli sürücü Türkiyədə ağır qəza törədib: Ölən var - FOTO
19
noy
2023
22:30
Türkiyənin Ərzurum vilayətində ağır yol qəzasında Azərbaycan əsilli sürücü ölüb.
Bu barədə BAKU.WS Report-a istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan əsilli, 37 yaşlı V. N.-in (ad və soyadı açıqlanmır-red) idarə etdiyi yük avtomobili Oltu-Tortum magistral yolunda idarəetmədən çıxaraq əvvəlcə maneələrə çırpılıb, sonra isə aşıb.
Hadisə yerinə xilasedicilər, jandarm və təcili tibbi yardım cəlb edilib. Ağır xəsarət alan sürücü Tortum Dövlət Xəstəxanasına aparılıb.
Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qalereya
Oxşar xəbərlər
Ukrayna prezidenti briqadasının azərbaycanəsilli komandiri: “Ən qaynar nöqtələrdə xidmət edirəm” - FOTO
Ukrayna prezidenti briqadasında xüsusi təyinatlı artilleriya batareyasının komandiri olan Teymur Emin oğlu Qulamov əslən Azərbaycanın Astara rayonundandır. Kiye...