Hindistandan Ermənistana özüyeriyən MArG 155 haubitsaları göndərilir
19
noy
2023
13:00
Özüyeriyən MArG 155 haubitsaları Ermənistana çatdırılacaq.
Bu barədə Hindistanın artilleriya sistemləri istehsalçısı "Bharat Forge"a istinadən Idrw portalı məlumat yayıb.
MArG sərt dağlıq ərazilərdə işləmək qabiliyyətinə malikdir. Onun qabaqcıl texniki performansı sayəsində atəş və zərbə qabiliyyəti təmin etdiyi iddia olunur. 39 kalibrli lüləsi olan 155 mm-lik dağ artilleriya silahının mənzili 24-30 kilometr arasındadır.
MArG Hindistan istehsalı olan "Ashok Leyland Mk 4" hərbi texnikası əsasında hazırlanıb və beş nəfərlik heyətə malikdir.//apa
Oxşar xəbərlər
Hindistanın adı dəyişir? - FOTO
Hindistanın adını Bharat olaraq dəyişdirəcəyi iddia edilir. BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, adın dəyişdirilməsi qərarını hökumət parlamentin sent...