Hindistan düyü tədarükünə məhdudiyyətlər qoyur
Hindistan düyü tədarükünə əlavə məhdudiyyətlər qoymaq qərarına gəlib.
Hindistanın bu addımı qlobal taxıl tədarükünü daha da azalda bilər.
Məhdudiyyətlərin əsas səbəbi kimi Hindistanın ərzaq təhlükəsizliyi göstərilir.
Hindistan ən böyük düyü ixracatçısı olduğundan dünya bazarlarında bu məhsulun qiymətləri artmağa başlaya bilər.
“Bu addım sayəsində daxili qiymətlər aşağı düşəcək və bu, hökumətə ərzaq inflyasiyasını nəzarətdə saxlamağa kömək edəcək", - Hindistanın Düyü İxracatçıları Assosiasiyasının prezidenti Krişna Rao bildirib.
Hindistan səlahiyyətliləri əlavə etdi ki, yeni qaydadan əvvəl müqavilələri olan ixracatçılara şamil edilmir.//azərtac
Oxşar xəbərlər
"Taxıl sazişi" çərçivəsində dünyaya ixrac olunan məhsulun miqdarı açıqlanıb
“Taxıl saziş”i çərçivəsində indiyədək dünya ölkələrinə 10 milyon tondan çox taxıl ixrac olunub”. BAKU.WS “report”a istinadən xəbər agentliyinə istinadən xəbər v...