"Taxıl sazişi" çərçivəsində dünyaya ixrac olunan məhsulun miqdarı açıqlanıb
“Taxıl saziş”i çərçivəsində indiyədək dünya ölkələrinə 10 milyon tondan çox taxıl ixrac olunub”.
BAKU.WS “report”a istinadən xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.
O bildirib ki, ümumi məhsulun 6 milyon tonu, yəni 60 faizi Avropa ölkələrinə ixrac olunub:
“Yerdə qalan taxılın 27 faizi Asiya, 13 faizi isə Afrika ölkələrinə çatdırılıb. Qlobal ərzaq böhranının qarşısının alınması üçün taxıl dəhlizinə çox əhəmiyyət veririk”.
Nazir, həmçinin söyləyib ki, taxıl daha çox kasıb ölkələrə ixrac edilməlidir.
Onun fikrincə, sözügedən məsələdə varlı ölkələrə üstünlük verilməsi ədalətsizlikdir.
Oxşar xəbərlər
Podolyak: “Ukrayna öz taxılının ehtiyacı olan ölkələrə çatdırılması üçün əlindən gələni edəcək”
Ukrayna öz taxılının ehtiyacı olan ölkələrə çatdırılması üçün əlindən gələni etməkdə davam edəcək”. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Şərqi Avrop...