SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail Müdafiə Ordusu (SAXAL) əsgərləri Qəzza zolağının şimalında radikal İslami Cihad qruplaşmasının komandirinin möhkəmləndirilmiş mövqeyini ələ keçirib.

BAKU.WS xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Kəşfiyyat məlumatları əsasında SAXAL Qəzza zolağının şimalında İslami Cihad komandirinin möhkəmləndirilmiş dayaq nöqtəsinə nəzarəti ələ keçirib. Burada təşkilatın ən yüksək səviyyəli terrorçularının ofisləri və strateji silah obyekti yerləşir. Reyd zamanı qoşunlar ağır raketlər, PUA-lar və əlavə silahlar aşkar ediblər”, - məlumatda deyilir. 

Bildirilib ki, SAXAL gecə boyu Qəzza zolağında əməliyyatları davam etdirib. Qırıcılar Qəzza zolağında çoxsaylı nöqtələrə zərbələr endiriblər.

BAKU.WS