SAXAL Qəzzada xəstəxanaya raket düşməsinin görüntülərini yaydı - VİDEO

SAXAL Qəzzada xəstəxanaya raket düşməsinin görüntülərini yaydı - VİDEO
Video
Siyasət 1

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzzada 800-dək insanın ölümünə səbəb olan bir xəstəxanaya raket atılmasının videosunu yayıb.

BAKU.WS xəbər verir ki, görüntülər SAXAL-ın rəsmi teleqram kanalında dərc olunub.

Ordunun mətbuat xidməti bildirib ki, yayılan görüntülərdə “İslami Cihad terror təşkilatının Qəzza şəhərində Əl-Əhli xəstəxanasına hücuma səbəb olan uğursuz raket atışı” göstərilir. “IAF-nin video görüntüləri İslami Cihad terror təşkilatı tərəfindən uğursuz raket buraxılışından əvvəl və sonra xəstəxananın ətrafındakı ərazini çəkib”, - mətbuat xidməti qeyd edir.

Bundan əvvəl İsrail ordusu Qəzzada xəstəxanaya raket hücumunun İsrail hərbçiləri tərəfindən həyata keçirildiyi barədə xəbərləri təkzib etmişdi.

Son xəbərlər