SİZİN REKLAM BURADA!
055 213 76 73


Oktyabrın 7-də Fələstinin HƏMAS qruplaşmasından radikalların İsrailə sızması və çoxlu israillinin ölümünə səbəb olması 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarından daha böyük bir milli miqyasda fəlakət idi.

“Report”un məlumatına görə, bu fikri İsrailin baş naziri Benyamin Netanyahu yəhudi dövlətinə səfərə gələn Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, HƏMAS-ın əsas məqsədi “mümkün qədər çox yəhudini öldürmək” idi:

“Bacarsalar, hər birimizi öldürərdilər. Sadəcə olaraq, onların imkanları yoxdur, lakin çoxlu sayda - 1300 mülki vətəndaşı öldürüblər.

Odur ki, biz HƏMAS-ı məğlub etmək üçün hərəkətə keçməliyik və bunun bir daha təkrarlanmamasına əmin olmalıyıq. Ancaq bu, təkcə bizim döyüşümüz deyil, ümumi döyüşdür. Sivilizasiyanın barbarlığa qarşı mübarizəsidir”.

BAKU.WS