Azərbaycanda minimum saatlıq əməkhaqqı ilə bağlı YENİ XƏBƏR
Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər.
BAKU.WS xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanan 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.
Sazişə əsasən, tərəflər minimum əməkhaqqı məbləğinin mərhələlərlə artırılması istiqamətində işləri davam etdirmək və minimum əməkhaqqının ölkə üzrə orta əməkhaqqına nisbətini Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması istiqamətində səylər göstərmək və minimum saatlıq əməkhaqqının tətbiq edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyin təsdiq edilməsinə nail olmaqla əlaqədar üzərlərinə öhdəlik götürüblər.
Oxşar xəbərlər
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Bakının Nəsimi rayonunun Ceyhun Hacıbəyli küçəsində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı işləri aparılmış hissədə yol örtüyünün bərpas...