Qurban Yetirmişli: Xəzər dənizində qeydə alınan zəlzələlər katostrofik deyil
Xəzər dənizində qeydə alınan zəlzələlər katostrofik deyil.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, aprel ayında Xəzər dənizində baş verən 5.3 maqnitudakı zəlzələ orta güclü zəlzələdir:
"Adətən, bu cür zəlzələlərdən sonra afterşoklar 5-6 ay davam edir. Məsələn, indiyədək 600-800 afterşok qeydə alınıb. Çünki bu cür zəlzələdən sonra ətrafda layların hərəkətləri və parçalanmalar davam edir. Zəlzələlərin, demək olar, heç biri hiss olunmayıb. Halbuki hər gün baş verir. Amma xırda təkanlardır. Güclü, katostrofik zəlzələlər deyil".
Oxşar xəbərlər
Laçın sakini: "Bundan böyük hiss, fəxarət heç vaxt olmayıb"
Bu gün Azərbaycanda əlamətdar günlərdən biridir: artıq dörd ildir ki, 26 avqust ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd edilir. Hazırda azad Laçında şəhərin quruc...