WUF13 zamanı bu şəxslər üçün nəqliyyat PULSUZ OLACAQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 17–22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində fəaliyyət göstərəcək könüllülər üçün ictimai nəqliyyatdan istifadə ödənişsiz olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, forum müddətində yalnız WUF13 könüllüləri paytaxtın ictimai nəqliyyat xidmətlərindən pulsuz yararlana biləcəklər. Qərarın tədbir iştirakçılarının hərəkət rahatlığının təmin olunması məqsədilə qəbul edildiyi qeyd olunub.
Qeyd edək ki, bütün qeydiyyatdan keçmiş WUF13 iştirakçıları üçün tədbir müddətində Heydar Aliyev International Airport ilə müəyyən edilmiş şəhər nəqliyyat mərkəzləri arasında xüsusi avtobuslar fəaliyyət göstərəcək. Bununla yanaşı, tədbir məkanına təşkil olunacaq nəqliyyat xidmətləri də ödənişsiz olacaq.
Oxşar xəbərlər
Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ
Uşaqlara, yaşlılara və quru dəri problemi olan şəxslərə çox isti su ilə çimmək tövsiyə edilmir. Belə su dərinin qoruyucu yağ təbəqəsini zədələyə və onun müdafiə...