"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyev Türküstanda"

Haber Global: Azərbaycan Prezidenti İlham Əliyev Türküstanda
Video
Siyasət 109

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstana rəsmi səfər edib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Haber Global" videosüjet hazırlayıb.

"Bu gün Türküstan çox əhəmiyyətli bir toplantıya, liderlər zirvəsinə ev sahibliyi edəcək. Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, biraz əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyevin Türküstana çatdığı məlum olub. Bu gün liderlər Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəklər. Liderlərin ev sahibi olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qarşılanmaları, daha sonra bir ailə foto çəkilməsi və ardınca da liderlər zirvəsinin başlanması gözlənilir. Bugün baş tutacaq olan bu qeyri-rəsmi zirvə niyə bu qədər əhəmiyyətlidir? Xatırlatmaq lazımdır ki, İranda davam edən bir müharibə var, Ukraynada illərdir davam edən və hələ də həll yolu tapılmayan bir müharibə var, qlobal arenada siyasi qeyri-müəyyənliklər sürətlə artmağa davam edir. Bu fonda beynəlxalq arenada rolu hər gün getdikcə güclənən bir təşkilatdan - Türk Dövlətləri Təşkilatından bəhs edirik. Azərbaycanın bu qeyri-rəsmi zirvələrdə rolu çox əhəmiyyətlidir, çünki təşkilatn ilk qeyri-rəsmi zirvəsi Azərbaycanın təşəbbüsü ilə 2024-cü ildə Qarabağın incisi Şuşada həyata keçirilmişdi", - deyə süjetdə qeyd edilir.

Daha ətraflı videosüjetdə:

Son xəbərlər