2025-ci ildə okeanlar rekord istilik udub, ekstremal hava hadisələri artıb
2025-ci il dünya okeanlarının ən böyük istilik udma dövrü olaraq qeydə alınıb və bu, həm qlobal temperatur rekordlarına, həm də ekstremal meteoroloji hadisələrin artmasına səbəb olub.
BAKU.WS xəbər verir ki, alimlərin "Advances in Atmospheric Sciences" jurnalında dərc olunan araşdırmasına görə, istixana qazlarının yaratdığı əlavə istiliyin 90%-dən çoxu okeanlarda yığılır. Bu, iqlim dəyişikliyinin ən açıq göstəricilərindən biridir.
Okean sularının istiləşməsi qasırğaların və tayfunların gücünü artırır, ekstremal yağıntı və daşqınların tezliyini yüksəldir. 2025-ci ildə ən sürətli istilik artımları tropik və cənubi Atlantik, şimali Sakit Okean və Cənubi Okeanda qeydə alınıb.
Araşdırma həmçinin Şimali Atlantik və Aralıq dənizində diqqətçəkici dəyişikliklərin baş verdiyini göstərir. Bu dəyişikliklər suyun duzluluğunun, turşuluğunun və oksigensizliyinin artması ilə müşahidə olunub ki, bu da dəniz ekosistemləri üçün ciddi təhlükə yaradır.
Oxşar xəbərlər
Papa XIV Leo İran və Suriyada dialoqa, Ukraynada isə sülh üçün səylərin artırılmasına çağırıb
Vatikan Dövlətinin rəhbəri və Katolik Kilsəsinin ruhani lideri Papa XIV Leo İran və Suriyada baş verən hadisələrlə bağlı dialoqun gücləndirilməsinə, Ukraynada i...