SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün zəlzələdə yerlə yeksan olan Türkiyənin Hatay şəhərinin havadan çəkilmiş videogörüntüləri yayımlanıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində şəhərdə tikililər dağıntıya məruz qalıb. Şəhər demək olar ki, məhv olub.

Xatırladaq ki, Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 bal gücündə zəlzələ Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatay şəhərlərində güclü hiss olunub.

Ümumilikdə Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 432-yə çatıb. Təbii fəlakət nəticəsində 21 103 nəfər yaralanıb.

BAKU.WS
VİDEO