VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviçin istefa ərizəsi qəbul edilib.

BAKU.WS Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenskinin mətbuat xidmətinin rəhbəri Sergey Nikiforov açıqlama verib.

Onun sözlərinə görə, Ukrayna Prezident Aparatının rəhbəri Mariya Vituşok Arestoviçin vəzifədən azad edilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb.

***13:53

Ukrayna Prezident Ofisi başçısının müşaviri Aleksey Arestoviç istefa verib.

BAKU.WS-in məlumatına görə, o, bu barədə feysbuk səhifəsində bildirib.

Arestoviç bununla bağlı Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermaka ərizə ilə müraciət edib.

Qeyd edək ki, A.Arestoviç 2020-ci il dekabrın 20-dən Ukrayna Prezident Ofisi başçısının müşaviri vəzifəsində işləyir.

BAKU.WS
VİDEO