ABŞ dövlət katibi və müdafiə naziri Kiyevdə səfərdədir
24
apr
2022
23:52
ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç “Feygin Live”a açıqlamasında deyib.
O bildirib ki, hazırda onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirirlər.
O.Arestoviçin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri üçün yeni silah növlərinin tədarükü ilə bağlı razılıq əldə oluna bilər: “Buna hazır olmasaydılar, gəlməzdilər”.
Oxşar xəbərlər
ABŞ dövlət katibi və müdafiə naziri sabah Ukraynaya gəlir
ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin sabah Ukraynaya gəlir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev metrosunun stansiyal...