Şoyqu fevraldan bəri amerikalı nazirin zənglərinə cavab vermir
ABŞ-ın müdafiə naziri Lloyd Ostin fevral ayından etibarən Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə müntəzəm olaraq əlaqə saxlamağa cəhd etdiyini bildirib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Senatda keçirilən dinləmələrdə çıxış edən müdafiə naziri cəhdlərinin uğursuzluqla nəticələndiyini diqqətə çatdırıb.
O, fevralın ortalarından dialoqun davam etdirilməsini təmin etmək məqsədilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley ilə birgə müntəzəm olaraq Rusiyadakı həmkarları ilə əlaqə saxlamağa cəhd etdiklərini vurğulayıb.
Müdafiə naziri əlavə edib ki, bu məsələdə çox böyük irəliləyiş əldə edə bilməyiblər.
“Çünki ruslar cavab vermir”, - Lloyd Ostin qeyd edib.
Oxşar xəbərlər
Sergey Şoyqu haradadır?
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun martın 11-dən sonra ictimaiyyət arasında görünməməsi Qərb mətbuatında ciddi müzakirələrə səbəb olub. BAK...