Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan 10 nəfər hərbi poliqondan qaçıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusların Xüsusi Hərbi Əməliyyat (SVO) zonasına göndərilmək üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlamış 10 nəfər Rostov vilayətində hərbi poliqondan qaçıb.
BAKU.WS xəbər verir ki, bu barədə 161.ru məlumat yayıb.
Bildirilib ki, hadisə mayın 9-a keçən gecə baş verib. Həmin şəxslər daha əvvəl onlar həbsdə olublar.
"Onlar səhər saatlarında formalarını almaq üçün bölməyə gəlməyiblər", - nəşrin mənbəsi bildirib.
O, kişilərin silahlarının olmadığını açıqlayıb. Qaçanlardan 4-ü Rostov vilayətini tərk edərkən saxlanılıb. Daha iki nəfərin yeri müəyyən edilib.
Qalanların axtarışı hərbi polis əməkdaşları tərəfindən aparılır. Müqavilə imzalanmazdan əvvəl qaçanlar adam öldürmə, quldurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, zorlama və təcavüzə görə cəza çəkiblər.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...